17
may
2025
19:50
yuxarı
Sahibə Qafarova Vatikana səfər edib
Sahibə Qafarova Vatikana səfər edib
Milli Məclisin sədri Sahibə Qafarova Vatikana səfərə gəlib.
Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə.
Mayın 17-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Roma Papası XIV Leonun rəsmi andiçmə mərasimində iştirak etmək üçün Vatikana işgüzar səfərə gəlib.
Roma şəhərinin beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Vatikan rəsmiləri, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov və ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov qarşılayıblar.
Bizimlə əlaqə saxlayın
×
×
