Sumqayıtda yaşayan bir qrup şəhid ailəsi və Vətən müharibəsi qaziləri Laçına səfər ediblər
sizinxeber.az xəbər saytı

Sumqayıtda yaşayan bir qrup şəhid ailəsi və Vətən müharibəsi qaziləri Laçına səfər ediblər


Sumqayıt şəhərində yaşayan bir qrup şəhid ailəsi və Vətən müharibəsi qaziləri Laçına səfər ediblər.

"Sizinxeber.az"un Laçına ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, səfər Milli Məclisin deputatı Səbinə Salmanovanın təşəbbüsü, Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyilə həyata keçirilib.

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları səfər iştirakçılarına işğaldan azad edildikdən sonra şəhərdə görülən işlərlə bağlı geniş məlumat veriblər. Qeyd edilib ki, yenidən qurulan Laçın şəhərində erməni vandalizminin izləri məhv edilir. Laçın şəhərinə köçürülən sakinlər üçün hər cür şərait yaradılıb.

Laçına səfər zamanı qonaqlar "HoçazFilm" yaradıcılıq studiyasında da oldular. Bildirilib ki, burada yaradılan şərait həm tarixi, həmdə müasir filmlərinin çəkilməsi üçün ideal mərkəz hesab edilir. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinəsində hökumətin müdafiə naziri vəzifəsinə təyin edilən general Xosrov bəy Sultanovun həyatından bəhs edən "Qarabağ Qubernatoru" adlı bədii-sənədli film haqqında məlumat verilib.

Şəhid ailələri "Laçın Seyrəngahı", Həkəri çayı sahilində salınan istirahət parkında da olublar.

Oxşar xəbərlər

II Şuşa Qlobal Media Forumunun xarici qonaqları Laçına səfər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Laçında məskunlaşan daha 20 ailəyə açarlar verildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu günədək Laçına 828 ailə köçürülüb, 950-dən çox sakinin məşğulluğu təmin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Laçın və İrpen qardaşlaşmış şəhərlər olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər