Qlobal Cənub QHT Platformasının Baş Assambleyası üçün hazırlıqlara başlanılıb
sizinxeber.az xəbər saytı

Qlobal Cənub QHT Platformasının Baş Assambleyası üçün hazırlıqlara başlanılıb


Qlobal Cənub QHT Platformasının üzvləri üçün BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC-da) məşvərətçi status alma prosedurlarına dair hibrid formada infosessiya keçirilib.

"Sizinxeber.az"un məlumatına görə, Qlobal Cənub QHT Platformasının fəaliyyətdə olan Baş katibi Ramil İskəndərli bildirib ki, bu yeni təsisatın Bakıdakı təsis konfransından sonra ilk görüşüdür.

O, konfransda fəal iştiraka görə Platforma iştirakçılarına bir daha təşəkkür edib.

Baş katib qeyd edib ki, 2026-cı ildə Bakıda keçiriləcək Qlobal Cənub QHT Platformasının Baş Assambleyası üçün hazırlıqlara başlanılıb, artıq yeni ölkələrdən müraciətlər daxil olmaqdadır:

"Hazırda Platforma 116 ölkəni birləşdirən nəhəng təsisatdır".

Qlobal Cənub QHT Platforması Katibliyinin nümayəndəsi, ECOSOC statuslu Azərbaycan QHT-sinin sədr müavini Nədimə Rəhimli ECOSOC mexanizmi haqqında ətraflı təqdimatla çıxış edib, sualları cavablandırıb.

İnfosessiya zamanı Platforma üzvlərinə ECOSOC-da məşvərətçi statusun növləri, müraciət proseduru, hüquq və öhdəliklər, illik hesabat tələbləri, beynəlxalq tərəfdaşlıq imkanları barədə dolğun məlumat verilib.

Qlobal Cənub QHT Platformasının Katibliyi bu kimi maarifləndirici tədbirlərin davamlı xarakter daşıyacağını bildirib.

İnfossessiyada Qlobal Cənubu təmsil edən 50 ölkədən 86 nəfər QHT təmsilçisi iştirak edib.

Oxşar xəbərlər

Qlobal Cənub QHT Platformasına rəhbərlik Azərbaycana verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qlobal Cənub QHT Platformasına rəhbərlik Azərbaycana verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aygün Əliyeva: Qlobal Cənub QHT Platforması Azərbaycan üçün növbəti yenilikdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Qlobal Cənub QHT Platforması təsis olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT-nin nümayəndəsi: Qlobal Cənub QHT Platforması region ölkələrinin beynəlxalq arenada mövqelərini gücləndirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər