Əfv Komissiyasının iclasları yekunlaşıb, müraciətlər Prezidentə təqdim olunacaq - YENİLƏNİB
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının bu il üçün sayca 7-ci və sonuncu iclası keçirilib.
Bu barədə "Report"a komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.
O bildirib ki, bugünkü iclasda 100-dən artıq müraciətə baxılıb.
Ə.Nuriyev qeyd edib ki, artıq komissiyanın builki iclaslarına yekun vurulub.
Müsbət rəy verilən müraciətlərin siyahısı Prezident İlham Əliyevə təqdim olunacaq.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının builki iclaslarında ümumilikdə 800-dən çox müraciətə baxılıb.
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün sayca 7-ci iclası keçiriləcək.
Bu barədə "Report"a Əfv Komissiyasının üzvü, deputat Fazil Mustafa məlumat verib.
O bildirilib ki, bu gün komissiyanın bu il üçün sonuncu iclası keçiriləcək:
"İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılaraq yekun vurulacaq. Müsbət rəy verilənlərin siyahısı ölkə Prezidentinə təqdim ediləcək".
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının 2025-ci il üzrə 6 iclası olub və 700-dən çox müraciətə baxılıb.
Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.
Oxşar xəbərlər
Bu gün Əfv Komissiyasının 2025-ci il üçün sonuncu iclası keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün 2025-ci il üçün Əfv Komissiyasının sayca 6-cı iclası keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əfv komissiyasının baxdığı müraciətlərin sayı 300-ü keçib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 600-ü keçib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əfv komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 700-ü keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













