Qubada Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Ərzumanov dəfn edilib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Qubada Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Ərzumanov dəfn edilib - YENİLƏNİB


Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşən İsaməddin oğlu Ərzumanovla Quba rayonunda keçirilən vida mərasimi başa çatıb.

"Sizinxeber.az"un Şimal bürosunun məlumatına görə, E.Ərzumanovun nəşi Quba şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, rayonun vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

13:01

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşən İsaməddin oğlu Ərzumanovun meyitinin qalıqları Quba rayonuna gətirilib.

“Sizinxeber.az”un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi Quba şəhərində ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Elşən İsaməddin oğlu Ərzumanov 1974-cü il martın 23-də Qubada anadan olub. O, 1993-cü il aprelin 5-də Kəlbəcər rayonu Murovdağ istiqamətində itkin düşüb.

E.Ərzumanov Quba şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.

Oxşar xəbərlər

Şəkidə Birinci Qarabağ müharibəsinin şəhidi Şahid Məmmədov dəfn edilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birinci Qarabağ müharibəsində şəhid olan Elşən Ərzumanovun nəşinin qalıqları Qubada dəfn olunub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zərdabda Birinci Qarabağ müharibəsinin şəhidi Abuzər Abbasov dəfn edilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Cahangir Səfərov dəfn edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
I Qarabağ müharibəsinin daha beş itkin-şəhidi dəfn olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle