Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Yusif Məmmədov dəfn edilib - YENİLƏNİB
Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Yusif Mirzəli oğlu Məmmədovla Sumqayıt şəhərində keçirilən vida mərasimi başa çatıb.
"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Sumqayıt şəhərinin vəzifəli şəxsləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Yusif Mirzəli oğlu Məmmədovun meyitinin qalıqları Sumqayıt şəhərinə gətirilib.
“Sizinxeber.az”un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Sumqayıtda ailəsinə təhvil verilib.
Şəhidlə vida mərasimi keçirilib.
Qeyd edək ki, Yusif Mirzəli oğlu Məmmədovla 1972-ci il iyunun 29-da Sumqayıtda anadan olub. O, 1994-cü il fevralın 2-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.
Y.Məmmədov Sumqayıt Şəhidlər xiyabanında dəfn olunacaq.
Oxşar xəbərlər
Şəkidə Birinci Qarabağ müharibəsinin şəhidi Şahid Məmmədov dəfn edilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərovla vida mərasimi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Cahangir Səfərov dəfn edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yevlaxda Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Məmmədov dəfn edilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmov dəfn olunub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













