Deputat: Azərbaycana gəlmək üçün viza tələbinin sadələşdirilməsi insan alverçilərindən ötrü fürsətə çevrilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
may
2025
11:00

Deputat: Azərbaycana gəlmək üçün viza tələbinin sadələşdirilməsi insan alverçilərindən ötrü fürsətə çevrilib

13 may, 2025
11:00
671

Deputat: Azərbaycana gəlmək üçün viza tələbinin sadələşdirilməsi insan alverçilərindən ötrü fürsətə çevrilib

Azərbaycana gəlmək üçün viza tələbinin sadələşdirilməsi insan alverçilərindən ötrü fürsətə çevrilib.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatın müzakirəsi zamanı deyib.

O qeyd edib ki, xüsusilə xarici cinayətkarların qarşısının alınması üçün insan alveri ilə mübarizə sahəsində hazırlanmış yeni fəaliyyət planında bu kimi məsələlər öz əksini tapmalıdır:

“Bir fakt da var: bəzən əziyyət çəkib, xaricdəki ali məktəblərə qəbul olan tələbələrə viza verilmir, amma saxta yolla tələbə adını alıb, başqa məqsədlə xaricə getmək istəyən şəxslərə viza verilir. Hesab edirəm ki, yeni fəaliyyət planı bu cür müasir problemlərin həllinə kömək etməlidir”.

Bizimlə əlaqə saxlayın