Qəbələdə Heydər Əliyev və milli-mənəvi dəyərlərə həsr olunan konfrans keçirilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
may
2025
13:00
0
0
1 255
ff

Qəbələdə Heydər Əliyev və milli-mənəvi dəyərlərə həsr olunan konfrans keçirilib

12 may, 2025
13:00
1 255

Qəbələdə Heydər Əliyev və milli-mənəvi dəyərlərə həsr olunan konfrans keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə mayın 12-də Qəbələdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və milli-mənəvi dəyərlərə qayıdış” mövzusunda regional konfrans baş tutub. 

"Sizinxeber.az"un Şimal-qərb bürosunun məlumatına görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qəbələ Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, hüquq mühafizə orqanlarının əməkdaşları, yerli icra strukturlarının nümayəndələri, ilahiyyatçılar, din xadimləri, dini icma sədrləri iştirak ediblər.

Konfransda Ümummilli Liderin ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsində, dinlərarası dialoqun inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında, böyüməkdə olan nəsillərin sağlam ruhda tərbiyəsində, eləcə də bölgədə sülhün və sabitliyin bərqərar edilməsində müstəsna xidmətlərinin əhəmiyyətinə toxunulub, o cümlədən dini azadlıqların təmin olunması və dini radikalizmlə mübarizə istiqamətində müzakirələr aparılıb.

Konfrans çərçivəsində Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinə həsr olunmuş foto-sərgi də təşkil olunub.

Regional konfrans “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” və “Azərbaycanda ənənəvi dini mühit və ona qarşı təhdidlər” mövzularında panellərlə davam etdirilib.

Bizimlə əlaqə saxlayın

×
×