Gəncədə regional vəkil bürosunun yeni inzibati binasının açılışı olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
may
2025
10:30

Gəncədə regional vəkil bürosunun yeni inzibati binasının açılışı olub

08 may, 2025
10:30
549

Gəncədə regional vəkil bürosunun yeni inzibati binasının açılışı olub

Gəncə regional vəkil bürosunun yeni inzibati binasının açılış mərasimi keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə baş tutan tədbirdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri Otari Qvaladze, ARVK-nın sədri Anar Bağırov, Kollegiyanın Rəyasət Heyətinin üzvləri, vəkillər və media nümayəndələri iştirak edirlər.

Mərasimdə çıxış edən natiqlər Gəncə regional vəkil bürosunun yeni inzibati binasının istifadəyə verilməsinin yerli vəkillərin peşə fəaliyyətinin daha keyfiyyətli təşkilinə imkan yaradacağını vurğulayıblar.

Bizimlə əlaqə saxlayın