Özbəkistanın bir sıra dövlət qurumlarının mətbuat katibləri üçün ADA universitetində seminar keçirilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
may
2025
13:00

Özbəkistanın bir sıra dövlət qurumlarının mətbuat katibləri üçün ADA universitetində seminar keçirilib

07 may, 2025
13:00
396

Özbəkistanın bir sıra dövlət qurumlarının mətbuat katibləri üçün ADA universitetində seminar keçirilib

Özbəkistanın bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul şəxsləri üçün mayın 7-də ADA Universitetində “Narrativlərin formalaşdırılması: Strateji kommunikasiya və ictimaiyyətlə əlaqələrdə effektivlik” mövzusunda seminar təşkil olunub.

"Report" xəbər verir ki, seminar ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının müəllimi, Medianın İnkişafı Agentliyi (MEDİA) Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyevanın təşəbbüsü, MEDİA ilə ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə keçirilib.

Seminarda iştirakçılara müasir kommunikasiya mühitində ictimai narrativlərin formalaşdırılması, ictimaiyyətlə əlaqələrin idarə olunması və strateji mesajların hədəf auditoriyalara çatdırılması ilə bağlı beynəlxalq yanaşmalar barədə məlumat verilib.

Vurğulanıb ki, rəqəmsal transformasiya dövründə məqsədi və hədəfi dəqiq müəyyənləşdirilmiş kommunikasiya strategiyalarının hazırlanması, düzgün məzmun siyasətinin həyata keçirilməsi və vahid institusional yanaşmanın tətbiqi dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinə mühüm təsir göstərir.

Bizimlə əlaqə saxlayın