Milli Məclisin deputatının Rusiyaya buraxılmaması qeyri-dost addımıdır və rəsmi Moskva məsələ ilə bağlı izahat verməlidir - RƏY
Milli Məclisin deputatının Rusiyaya buraxılmaması qeyri-dost addımıdır və rəsmi Moskva məsələ ilə bağlı izahat verməlidir.
Bu fikirləri "Sizinxeber.az"a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev həmkarı Azər Badamovun Moskva hava limanında saxlanılıb, Rusiyaya girişinə qadağa qoyulmasından danışarkən deyib.
O vurğulayıb ki, Rusiya tərəfindən deputata qarşı bu addımınm səbəbinə aydınlıq gətirməlidir:
"Hadisə Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfəri zamanı baş verib. Maraqlıdır ki, bu səfər Həştərxan vilayətinin rəhbərliyinin dəvəti əsasında reallaşdırılırdı. Səfərin məqsədi ümummilli lider Heydər Əliyevin anadan olması ilə bağlı keçiriləcək tədbirdə iştirak idi. Azər Badamov nümayəndə heyəti ilə bir yerdə Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiyada ilkin xəbərdarlıq edilmədən, məlumat verilmədən hava limanında saxlanılıb. Onun Rusiyaya girişinə icazə verilmədiyini bildirilib.
Məsələ ilə Rusiyadakı səfirliyimiz də məşğul olur. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Təəssüf ki, Rusiya XİN-dən hələ ki, izahat verilməyib, sadəcə məsələnin araşdırılacağı bildirilib. Hesab edirəm ki, deputatın yaşadığı problemin səbəbi aydınlaşdırılmalıdır".
Xatırladaq ki, ötən gün Milli Məclisin deputatı Azər Badamov Həştərxan vilayətinə səfəri çərçivəsində Rusiyanın Moskva hava limanında saxlanılıb və ölkəyə girişinə qadağa qoyulub. Azər Badamovun Azərbaycana geri qayıtdığı bildirilib.
Oxşar xəbərlər
Rəsmi Bakı deputat Azər Badamovun Rusiyada saxlanılmasını qeyri-dost addım adlandırıb
Azər Badamovun Moskvada hava limanında saxlanılmasına XİN-dən münasibət bildirilib
Milli Məclisin deputatı Azər Badamov Moskva aeroportunda saxlanılıb və deportasiya edilir
Milli Məclisin deputatı Azər Badamov Moskva aeroportunda saxlanılıb və deport edilir
Azərbaycanlı deputatın Valuyevə görə Rusiyaya buraxılmaması heç bir məntiqə sığmır - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Aydın Kərimov: Şuşada 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksi gələn il istifadəyə veriləcək

