Rasim Musabəyov: Azərbaycanın müvafiq qurumları Rusiya ilə kiberhücum məsələsini müzakirə etməlidirlər
Kiberhücumlar hərbi hücuma bərabər olduğu üçün Azərbaycanın müvafiq qurumları Rusiya ilə bu məsələni müzakirə etməlidirlər.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Rasim Musabəyov parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirdiyi ictimai müzakirədə çıxışı zamanı deyib.
O qeyd edib ki, həmin hücumlar təkrarlanarsa, halda siyasi məsələ hesab edilə bilər.
Komissiyanın sədri Ramid Namazov isə deputatın fikrini dəstəkləyib.
“Aidiyyəti qurumlar bununla məşğul olur, qarşı tərəflə danışıqlar aparılır. Belə addımlar bizim əlaqələrimizə ziddir. Bunun davam etməsi iki ölkənin münasibətlərinə qarşıdır”, - o əlavə edib.
Oxşar xəbərlər
Deputat: Media resurslarına edilən hücumlar əsasən siyasi motivlidir
Ramid Namazov: İnformasiya resurslarına haker hücumlarına ölkə daxilindən də dəstək verilib
Parlamentdə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya yaradılıb
Komissiya sədri: Azərbaycanın bir sıra media resurslarına kiberhücum Rusiyadan qaynaqlanıb
Ramid Namazov: COP29-a ev sahibliyi edən Azərbaycana qarşı hibrid hücumların əsası yoxdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













