ADA Universitetinin 13-cü Karyera Sərgisi baş tutub - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
02 
may
2025
12:00
0
0
1 173

ADA Universitetinin 13-cü Karyera Sərgisi baş tutub - YENİLƏNİB

02 may, 2025
12:00
1 173

ADA Universitetinin 13-cü Karyera Sərgisi baş tutub - YENİLƏNİB

ADA Universitetinin 13-cü Karyera Sərgisi keçirilib. 

"Report" xəbər verir ki, tədbirə ölkənin müxtəlif sahələrini təmsil edən çoxsaylı şirkət və qurumlar qatılıblar.

Builki sərgi əvvəlki illərlə müqayisədə həm miqyas, həm də iştirak baxımından fərqlənib. 

Belə ki, Sərgidə 152 şirkət və 350-dən çox insan resursları üzrə nümayəndə iştirak edib. Bankçılıq, texnologiya, energetika, turizm, hüquq və digər sahələri əhatə edən qurumların nümayəndələri, iştirakçılara iş və təcrübə imkanları barədə məlumat veriblər, onlarla birbaşa təmaslar qurublar və yerindəcə ilkin müsahibələr keçiriblər.

ADA Universitetinin Prorektorları Günay Ziyadova və Elkin Nurməmmədov, ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev və ABB bankının İnsan Resursları Departamentinin direktoru Məlahət Abdullayeva çıxışlarında bildiriblər ki, Karyera Sərgisi gənclərə əmək bazarında təmsil olunan qurum və şirkətləri daha yaxından tanımaq, özlərinə uyğun iş imkanını asanlıqla tapmaq fürsəti verir.

Eyni gün ADA Universitetində Karyera Hazırlığı Həftəsinin də bağlanış mərasimi keçirilib. Tədbirdə ADA Universitetinin tərəfdaş şirkətləri tərəfindən xüsusi seçim proseslərindən uğurla keçmiş 100-dən artıq tələbənin adı açıqlanıb və onlara yay təcrübəsi imkanları təqdim olunub.

10:56

Bu il ADA Universitetində təşkil olunan 13-cü Karyera Sərgisində iştirak edən şirkətlərin sayı rekord həddə çatıb.

"Report" xəbər verir ki, bunu ADA Universitetinin Karyera Xidmətləri ofisinin meneceri Təranə Aslanova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda sərgidə 152 şirkət və dövlət qurumları təmsil olunur:

 Təranə Aslanova
Təranə Aslanova

"ADA universitetində bu il 13-cü dəfə keçirilən Karyera Sərgisinin təşkili artıq ənənə halını alıb. Sərgidə həm məzunlar, həm də tələbələr iştirak edir. Hazırda təmsil olunan şirkətlər müxtəlif sənaye sahələri üzrə təqdimatlar edirlər. Bunlara bank, maliyyə, istehsalat və sair aiddir".

T.Aslanova onu da qeyd edib ki, sərgi tələbə və məzunlara birbaşa şirkət nümayəndələri ilə əlaqə qurnağa imkan yaradır:

"Onlar şirkət nümayəndələrinə öz CV-lərini təqdim edirlər. Şirkət nümayəndələri də daxildə olan təcrübə proqramları, eləcə də iş imkanları barədə tələbə və məzunları məlumatlandırırlar".

Bizimlə əlaqə saxlayın