Naxçıvan TMİB-in tabeliyindəki tibb müəssisələri əmlakları ilə birgə Naxçıvan Səhiyyə Nazirliyinin tabeliyinə verilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
02 
may
2025
00:50
0
0
1 153
ff

Naxçıvan TMİB-in tabeliyindəki tibb müəssisələri əmlakları ilə birgə Naxçıvan Səhiyyə Nazirliyinin tabeliyinə verilib

02 may, 2025
00:50
1 153

Naxçıvan TMİB-in tabeliyindəki tibb müəssisələri əmlakları ilə birgə Naxçıvan Səhiyyə Nazirliyinin tabeliyinə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov mayın 1-də Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

APA xəbər verir ki, fərmana əsasən Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri əmlakları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təhvil-təslim işlərinin iki ay müddətində həyata keçirilməsi üçün tədbirlər görməlidir.

Bizimlə əlaqə saxlayın

×
×