Rey Kərimoğlu: Bu vandallığı törədənlər ədalət məhkəməsində layiqli cəzanı almalıdır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
01 
may
2025
13:30
0
0
1 156
ff

Rey Kərimoğlu: Bu vandallığı törədənlər ədalət məhkəməsində layiqli cəzanı almalıdır

01 may, 2025
13:30
1 156

Rey Kərimoğlu: Bu vandallığı törədənlər ədalət məhkəməsində layiqli cəzanı almalıdır

Bu vandallığı törədənlər ədalət məhkəməsinə çıxarılıb layiq olduqları cəzanı almalıdırlar.

"Report" xəbər verir ki, bunu “Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Rey Kərimoğlu jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu hallar müharibə cinayətidir:

"Bu həm də insanlığa sığmayan haldır. Təəssüf ki, ermənilərin törətdiyi daha bir cinayət faktının aşkar edildiyi yerdəyik. Burada ilkin olaraq ən azı yeddi nəfərə aid insan qalıqları aşkarlanıb. Xüsusilə həmin insan qalıqları qeyri-ənənəvi şəkildə dəfn olunublar. Bundan başqa, mülki şəxslərə aid olan qalıqlar üzərində ağır işgəncə izləri də var".

Bizimlə əlaqə saxlayın

×
×