MMC rəsmisi: Yüksək texnologiyalar sayəsində anbarlardakı məhsulların keyfiyyətlə saxlanması təmin edilir   » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
01 
may
2025
13:30
0
0
1 861
ff

MMC rəsmisi: Yüksək texnologiyalar sayəsində anbarlardakı məhsulların keyfiyyətlə saxlanması təmin edilir  

01 may, 2025
13:30
1 861

MMC rəsmisi: Yüksək texnologiyalar sayəsində anbarlardakı məhsulların keyfiyyətlə saxlanması təmin edilir  

Yüksək texnologiyalar sayəsində “İsmikhanlı” MMC-nin anbarlarındakı məhsulların keyfiyyətlə saxlanması təmin edilir.

"Sizinxeber.az"un Şimal bürosunun məlumatına görə, bunu Prezidentin izi ilə Qusar rayonunda fəaliyyət göstərən “İsmikhanlı” MMC-yə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Cəmiyyətin soyuducu anbar kompleksinin rəhbəri Vüsal Qənbərov deyib.

"Soyuducu anbar kompleksi 2023-cü ilin oktyabr ayında təhvil verilib. 29 kameradan ibarətdir. Soyuducu anbar kompleksi Sloveniyanın "Exo" şirkəti tərəfindən inşa olunub. İnşa zamanı Almaniyanın və Hollandiyanın ən son texnologiyaları tətbiq olunub. Bu texnologiyalar da almanın, armudun və digər bu tipli məhsulların keyfiyyətini dəyişmədən saxlanmasını təmin edir.

Alma yığımı avqust-sentyabr aylarında həyata keçirilsə də, tətbiq edilmiş texnologiyalar sayəsində meyvəni il boyu keyfiyyətini dəyişmədən saxlaya bilirik. Toplanan meyvəni də il ərzində çeşidləyərək və paketləyərək satışa göndəririk".

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 30-da Qusar rayonunda fəaliyyət göstərən “İsmikhanlı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyuducu anbar kompleksinə səfəri zamanı orada görülən işlərlə tanış olub.

Bizimlə əlaqə saxlayın

×
×