Milli Observatoriya son iki ili əhatə edən 25,7 minədək iş elanının təhlilini aparıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarının cari vəziyyətini qiymətləndirmək məqsədilə iş elanlarının genişmiqyaslı kəmiyyət təhlilini aparıb.
"Report" xəbər verir ki, son iki ili əhatə edən 25678 vakansiya nəzərdən keçirilib və ən çox tələb olunan aşağıdakı beş prioritet peşə istiqaməti müəyyən edilib:
- satış təmsilçisi,
- mühasib,
- kredit mütəxəssisi,
- işə qəbul üzrə mütəxəssis,
- satış planlanması.
Təhlillər göstərir ki, bu peşələr üzrə işçi qüvvəsinə daha çox ehtiyacın olması əmək bazarının genişlənməsi və struktur dəyişiklikləri ilə sıx bağlıdır. Vakansiyaların hər dördündən biri topdan və pərakəndə ticarət sahəsində fəaliyyət göstərən müəssisələrə aiddir.
Bank sektoru isə 9,2 faizlik payla vakansiya sayına görə ilk onluğa liderlik edir. Bu sektor həm yeni iş yerlərinin yaradılması, həm də işçi dəyişkənliyinin yüksək olması ilə seçilir.
Araşdırma həmçinin göstərir ki, iş elanlarının 76,2 faizində iş təcrübəsi tələb olunur, minimum iş təcrübəsi tələbi isə 1 - 2 il arasında dəyişir. Vakansiyaların 67,2 faizində ali təhsilin əsasən bakalavr səviyyəsi tələb olunur.
Məvacib göstəricilərinə gəldikdə, qeyd edilən 25678 vakansiyadan yalnız 8,4 minə yaxın vakansiyada əməkhaqqı qeyd edilib. Onlarda təklif olunan məvacib 400 – 7000 manat arasında dəyişir.
Oxşar xəbərlər
Azərbaycanda ən çox tələb olunan beş peşə müəyyənləşib
Özbəkistanla təlim sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
Elnur Səfərli: "Milli Observatoriya Qarabağdakı iş adamlarının fəaliyyəti ilə bağlı təkliflər hazırlayıb"
Milli Observatoriya ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan və Türkiyə arasında pensiya təminatı sahəsində yeni sənəd hazırlanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Ronaldo gümüş almaqdan imtina etdi

