Əhməd İsmayılov: Mətbuat xidmətləri üçün keçirilən təlimlərə xarici ekspertləri cəlb etməyi düşünürük » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
apr
2025
14:30

Əhməd İsmayılov: Mətbuat xidmətləri üçün keçirilən təlimlərə xarici ekspertləri cəlb etməyi düşünürük

30 apr, 2025
14:30
527

Əhməd İsmayılov: Mətbuat xidmətləri üçün keçirilən təlimlərə xarici ekspertləri cəlb etməyi düşünürük

Medianın İnkişafı Agentliyinin ADA universiteti ilə birgə mətbuat xidmətləri üçün başladığı təlimlərə xarici ekspertləri də cəlb etmək planları var.

"Sizinxeber.az" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən təlimin bağlanış mərasimində deyib.

Onun sözlərinə görə, bu cür təlimlər davamlı olacaq:

"Xarici ekspertlərlə yanaşı yerli ekspertlərimiz də təlimlərdə iştirak edəcək. Tədbirlər bundan sonrakı dövrdə də silsilə xarakterli olaraq həyata keçiriləcək".

Bizimlə əlaqə saxlayın