Zəfər Məmmədov: Artıq Ballıcada gözəl günlər yaşayacağıq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
apr
2025
06:30

Zəfər Məmmədov: Artıq Ballıcada gözəl günlər yaşayacağıq

29 apr, 2025
06:30
540

Zəfər Məmmədov: Artıq Ballıcada gözəl günlər yaşayacağıq

“Biz artıq Ballıcada gözəl günlər yaşayacağıq”.

“Sizinxeber.az” xəbər verir ki, bunu Xocalı rayonunun Ballıca kəndinə bu gün köç edən keçmiş məcburi köçkün Zəfər Məmmədov deyib.

“Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımız şücaət göstərərək döyüş meydanında düşməni məğlub edib. Qalan ömrümü də doğma elimdə keçirmək istəyirəm. Allahdan arzum bu böyük qayıdışı gözləyən digər keçmiş məcburi köçkünlər də yaşasın”, - deyə Ballıca kənd sakini bildirib.

Sakin Prezidentə minnətdarlığını ifadə edərək şəhidlərimizə rəhmət, ailələrinə səbir, qazilərimizə cansağlığı diləyib.

Bizimlə əlaqə saxlayın