Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür
sizinxeber.az xəbər saytı

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür


Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür.

Sizinxeber.az xatırladır ki, 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Yeni yaradılan sərhəd-buraxılış məntəqəsində Azərbaycan Bayrağının ucaldılması mərasimi baş tutub və sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.

Laçın sərhəd-buraxılış məntəqəsi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə qurulmuşdu.

Prezident İlham Əliyevin bildirdiyi kimi, 23 aprel Azərbaycanın ərazi bütövlüyünün tam bərpası deməkdir.

Oxşar xəbərlər

"Laçın" SBM-də çaşqınlıq içində olan erməni əsgəri ilə Azərbaycan sərhədçisi arasında dialoq (VİDEO)
Ruben Vardanyan saxlanıldı - RƏSMİ
Vardanyanı saxlayan kimdir? - Sensasion isim
İranla sərhəddə silahlı insident olub, 2 sərhədçimiz xəsarət alıb, iki ölkə nümayəndələri hadisə yerində görüşüb - FOTO
"Şəmkir" sərhəd dəstəsinə mediatur təşkil edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər