Qazaxın azad edilmiş kəndlərində 74,3 ha ərazi minalardan təmizlənib
Qazax rayonunun işğaldan azad edilmiş kəndlərində bu günə qədər ümumilikdə 743,345 kv.m (74,3 ha) ərazi minalardan təmizlənib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Qeyd edilib ki, təmizlənmiş ərazilərdən 1 076 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Onlardan 933-ü piyada əleyhinə mina, 95-i tank əleyhinə mina, 48-i isə partlamamış hərbi sursatlardır.
Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı keçirilən görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib.
Həmin kəndlər mayın 24-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarətinə götürülüb.
Qeyd edək ki, ANAMA işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi, Qazax rayonunun dörd kəndində də dövlət prioritetləri əsasında minatəmizləmə əməliyyatlarını icra etməkdədir. Əməliyyatlar əl ilə minaaxtarma və mexaniki minatəmizləyən maşın və minaaxtaran itlərin dəstəyi ilə həyata keçirilir.
Oxşar xəbərlər
Ötən ay azad edilmiş ərazilərdə 767 mina zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad edilmiş ərazilərdə bir ay ərzində daha 541 mina aşkar edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ANAMA: Bu il Qarabağda 6 min 500-dən çox mina zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən ay azad olunan torpaqlarda üç min hektara yaxın ərazi minalardan təmizlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ANAMA: Qazaxın azad edilmiş kəndlərində indiyədək 875 mina və 32 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












