Ombudsman Bakıda vətəndaşları qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakı şəhərində növbəti vətəndaş qəbulu keçirib.
Qurumdan "Sizinxeber.az"a verilən məlumata görə, Ombudsman qəbul üçün müraciət etmiş vətəndaşların hər birini fərdi qaydada qəbul edib.
Bəzi məsələlərin yerində həlli ilə bağlı zəruri tədbirlər görülüb, araşdırma tələb edən digər məsələlərin isə mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunması istiqamətində müvafiq dövlət qurumlarına müraciət ediləcəyi bildirilib.
Qəbul zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin müraciətlərə daha səmərəli və çevik şəkildə baxılması üçün Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən 916 Çağrı Mərkəzi, e-mail ünvanları, poçt, eləcə də sosial şəbəkələr vasitəsilə də müraciətlərin qəbul olunduğu diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Səbinə Əliyeva Qubada vətəndaşları qəbul edəcək
Ombudsman Bakıda saxlanılan hərbi cinayətdə təqsirləndirilən erməniəsilli şəxslərə baş çəkib
Ombudsman və Aparatın əməkdaşları Özbəkistanda seçki prosesini izləyirlər
Ombudsman Aparatında bələdiyyə seçkiləri ilə bağlı İşçi qrup yaradılıb
Seçki günü Ombudsman Aparatının müstəqil əməkdaşları da müşahidə aparacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













