Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Ələsgər Mirzəliyev dəfn edilib - YENİLƏNİB
İmişli rayonu Şəmmədli kənd məzarlığında naməlum əsgər kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsinin şəhidi Ələsgər Mirzəliyevlə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən vida mərasimi başa çatıb.
“Report”un Qarabağ bürosu xəbər verir ki, Ə.Mirzəliyevin nəşi Cocuq Mərcanlı kəndi “Lələtəpə” kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, qazilər, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İmişli rayonu Şəmmədli kənd məzarlığında naməlum əsgər kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsinin şəhidi Ələsgər Mirzəliyevin nəşi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ailəsinə təhvil verilib.
“Report”un Qarabağ bürosunun məlumatına görə, kənddə şəhidlə vida mərasimi keçirilib.
Qeyd edək ki, Ələsgər Fərzalı oğlu Mirzəliyev 1969-cu il iyulun 18-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində anadan olub. O, 1993-cü il oktyabrın 24-də həmin kənd istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Ə.Mirzəliyev Cocuq Mərcanlı kəndi “Lələtəpə” qəbiristanlığında dəfn olunacaq.
Oxşar xəbərlər
I Qarabağ müharibəsində itkin düşən Ələsgər Mirzəliyevin qalıqları Cocuq Mərcanlıda dəfn edilib - FOTO
Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Ələsgər Mirzəliyevlə vida mərasimi keçirilib
Şəkidə Birinci Qarabağ müharibəsinin şəhidi Şahid Məmmədov dəfn edilib - YENİLƏNİB
Birinci Qarabağ müharibəsinin daha üç itkin şəhidi dəfn olunacaq
Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Cahangir Səfərov dəfn edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













