Şəhid qardaşı: Onu sonuncu dəfə 1993-cü ildə görmüşdüm
sizinxeber.az xəbər saytı

Şəhid qardaşı: Onu sonuncu dəfə 1993-cü ildə görmüşdüm


Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və 32 il sonra nəşinin qalıqları tapılan şəhid Mübariz Hüseynovun qardaşı Kamandar Hüseynov qardaşını sonuncu dəfə 32 il əvvəl gördüyünü deyib.

O, bu barədə "Report"a açıqlamasında danışıb.

K.Hüseynovun sözlərinə görə, bu müddət ərzində qardaşından heç bir xəbər ala bilməyiblər:

“Mən dövlətimizə və Prezidentimizə təşəkkür edirəm ki, nəhayət gözümüz yollardan yığıldı. Mübarizi sonuncu dəfə 1993-cü ilin sentyabr ayında görmüşdüm.

Qardaşım şəhid olduqdan İmişlidə naməlum əsgər kimi dəfn edilibmiş. DNT analizlərinin nəticələri də təsdiqlədi ki, həmin nəşin qalıqları qardaşıma məxsusdur.

Bizə bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verdilər.

Qardaşım Beyləqan, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Ən son görənlər Mübarizin əsgər yoldaşları ilə mühasirəyə düşərək şəhid olduğunu demişdilər”.

Oxşar xəbərlər

Qalıqları dəfn edilən hərbçinin əmisi: Bu iki il ərzində dövlət, şəhid ailələri və qazilər bizi tək qoymadılar
Qalıqları dəfn edilən hərbçinin əmisi: Dövlət, şəhid ailələri və qazilər bu iki il ərzində bizi tək qoymadılar
Şəhid qardaşı: Əsgər yoldaşları onun dəfn edildiyi ilkin yeri bizə bildirmişdilər
Daha bir naməlum şəhidin kimliyi bilindi (FOTO)
I Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən daha iki şəhid dəfn olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər