Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Ələsgər Mirzəliyevlə vida mərasimi keçirilib
sizinxeber.az xəbər saytı

Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Ələsgər Mirzəliyevlə vida mərasimi keçirilib


İmişli rayonu Şəmmədli kənd məzarlığında naməlum əsgər kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsinin şəhidi Ələsgər Mirzəliyevin nəşi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ailəsinə təhvil verilib.

“Sizinxeber.az”un Qarabağ bürosunun məlumatına görə, kənddə şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Ələsgər Fərzalı oğlu Mirzəliyev 1969-cu il iyulun 18-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində anadan olub. O, 1993-cü il oktyabrın 24-də həmin kənd istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Ə.Mirzəliyev Cocuq Mərcanlı kəndi “Lələtəpə” qəbiristanlığında dəfn olunacaq.

Oxşar xəbərlər

Birinci Qarabağ müharibəsinin daha üç itkin şəhidi dəfn olunacaq
Şəkidə Birinci Qarabağ müharibəsinin şəhidi Şahid Məmmədov dəfn edilib - YENİLƏNİB
Laçında Birinci Qarabağ müharibəsinin şəhidi Camal Quliyevlə vida mərasimi keçirilir
Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərovla vida mərasimi keçirilib
​​​​​​​Daha 3 itkin-şəhid dəfn ediləcək - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər