Suraxanıda I Qarabağ müharibəsinin itkin şəhidi Mübariz Hüseynov dəfn olunub - YENİLƏNİB - VİDEO
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və 32 il sonra nəşinin qalıqları tapılan şəhid hərbi qulluqçu Mübariz Hüseynov dəfn olunub.
“Sizinxeber.az”un məlumatına görə, vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid hərbi qulluqçu Mübariz Sabəddin oğlu Hüseynovla vida mərasimi keçirilib.
“Sizinxeber.az” xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin nəşinin qalıqları Bakı şəhəri Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, Mübariz Hüseynov 1970-ci il mayın 30-da Ermənistanın Loru nahiyəsinin (Kalinino rayonu) Qızıl-Şəfəq kəndində anadan olub. O, 1993-cü il oktyabrın 23-də Cəbrayıl şəhəri istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.
Foto: Məhəmməd Ağayev
Oxşar xəbərlər
Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmov dəfn olunub - YENİLƏNİB
Birinci Qarabağ müharibəsinin daha üç itkin şəhidi dəfn olunacaq
Lökbatanda Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilib
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Mübariz Hüseynovun qalıqları Suraxanıda dəfn olunub
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Mübariz Hüseynovun qalıqları Suraxanıda dəfn olunub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













