Xidmət rəisi Sabirabadda vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

Xidmət rəisi Sabirabadda vətəndaşları qəbul edib


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov aprelin 17-də Sabirabad rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Sabirabad, Saatlı, İmişli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.

Bu barədə "Sizinxeber.az"a SHXÇDX-dən məlumat verilib. 

Bildirilib ki, qəbulda 7 şəhid ailəsi və 2 müharibə veteranı olmaqla 15 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-da həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nın səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.

Oxşar xəbərlər

Mürsəl İbrahimov Ağdaşda vətəndaşların problemlərini dinlədi
Səfərbərlik Xidmətinin rəisi Şirvanda vətəndaşları qəbul edib
Səfərbərlik Xidmətinin rəisi Ağcabədidə vətəndaşları qəbul edib
Mürsəl İbrahimov Lənkəranda vətəndaşları qəbul edib
Mürsəl İbrahimov Ağdaşda vətəndaşları qəbul edib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər