Milli Observatoriya ilə NDU arasında əməkdaşlıq Memorandumu imzalanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
apr
2025
18:00

Milli Observatoriya ilə NDU arasında əməkdaşlıq Memorandumu imzalanıb

14 apr, 2025
18:00
753

Milli Observatoriya ilə NDU arasında əməkdaşlıq Memorandumu imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlinin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvanda səfərdədir.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu qurumun və Naxçıvan Dövlət Universitetinin (NDU) rəhbər heyəti ilə görüş keçirilib.

E.Səfərli Observatoriyanın institusional imkanlarının genişləndirilməsi məqsədilə ali təhsil müəssisələri və analitik tədqiqat mərkəzləri ilə aparılan səmərəli əməkdaşlıqdan bəhs edib.

NDU-nin rektoru Elbrus İsayev Universitetin innovativ tədqiqat mərkəzinə çevirilməsi istiqamətində aparılan məqsədyönlü işlər barədə məlumat verib.

Sonra E.Səfərli və E.İsayev Milli Observatoriya ilə NDU arasında əmədaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.

Sənəddə NDU-nun məzunlarının əmək bazarına adaptasiya vəziyyətinin təhlil edilməsi, əmək bazarının kəmiyyət və keyfiyyət parametrləri nəzərə alınmaqla, perspektiv peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə olan tələbatın proqnozlaşdırılması sahələrində əməkdaşlıq edilməsi, birgə tədqiqatların aparılması, elmi-praktiki konfransların, simpoziumların və digər tədbirlərin keçirilməsi əksini tapıb.

Bizimlə əlaqə saxlayın