Bu ilin ilk üç ayında Azərbaycanda qanunsuz yaşayan və işləyən əcnəbilərin sayı açıqlanıb
Bu ilin birinci rübündə 1954 əcnəbinin ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib.
Bu barədə “Report”a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu dövrdə aparılmış araşdırmalar zamanı beş halda əcnəbilərin müxtəlif vədlərlə aldadılaraq ölkə ərazisinə gətirildikləri, gəldikdən sonra isə müəyyən məbləğdə ödəniş qarşılığında qanunsuz yollarla onlara ölkə ərazisində iş və müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin alınmasına cəhdlər edildiyi müəyyənləşdirilib.
Həmin hallar üzrə toplanmış sübutlar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib.
Oxşar xəbərlər
DMX və DTX əməliyyat keçirdi: 31 nəfər saxlanıldı
Polis Bakıda yaşama hüququ olmayan 34 əcnəbini saxlayıb
Ötən ay Bakıda qanunsuz yaşayan 92 əcnəbi saxlanılıb
Ötən ay Bakı və Sumqayıtda qanunsuz yaşayan 75 əcnəbi saxlanılıb
Qanunsuz miqrasiya ilə bağlı 34 əcnəbi saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













