

Xronika: "Günvurma və yatalaq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib"
Bu gün Baku TV-də "Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun hazırladığı "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı yayımlanıb.
"Report" xəbər verir ki, veriliş 3-cü nəsil Qərbi azərbaycanlı İlkin Təhməzovun həyat hekayəsinə həsr olunub.
Təhməzov Dərələyəz mahalının Cul kəndindən olduğunu, 1985-ci ildə Yevlaxda doğulduğunu bildirib. O, kəndinin qədim tarixindən və 1918-1920-ci illərdə ermənilərin törətdiyi qırğınlardan bəhs edib.
1949-cu ildə isə əhalisinin minə yaxın hissəsi köçürülüb və köç zamanı bir çox insan həyatını itirib. İlkin Təhməzov, Qərbi Azərbaycana geri qayıdacaqlarını və doğma yurdlarını bərpa edəcəklərini qeyd edib. Bu həyat hekayəsi, deportasiya olunan azərbaycanlıların acı qaçqınlıq taleyini və doğma yurda qayıtmaq arzusunu əks etdirir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Oxşar xəbərlər
“Babam deyirdi ki, ermənilər camaatı mal-qara ilə birlikdə yük vaqonlarında deportasiya etdilər” - Qərbi Azərbaycan Xronikası
“Anam məni tonqala tərəf tuturmuş ki, don vurmasın” - Qərbi Azərbaycan Xronikası
“Ailə üzvlərimin bütün xatirələri Terp və Herher kəndləri ilə bağlı olub” - Qərbi Azərbaycan Xronikası
Qərbi Azərbaycan Xronikası: “Ermənilər əvvəllər özlərini “yaxşı dost” kimi göstərirdilər”
Xronika: "Axparlar deyirdilər ki, bizi aldadıb bura gətiriblər, sizi də qovacaqlar"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
18 yaşadək voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
