Növbəti köç karvanı Suqovuşan kəndinə çatıb - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
apr
2025
12:30
0
0
1 005
ff

Növbəti köç karvanı Suqovuşan kəndinə çatıb - YENİLƏNİB

09 apr, 2025
12:30
1 005

Növbəti köç karvanı Suqovuşan kəndinə çatıb - YENİLƏNİB

Tərtər rayonundan Suqovuşan kəndinə yola salınan növbəti köç karvanı kəndə çatıb.

"Sizinxeber.az"un Qarabağ bürosunun Ağdərəyə ezam olunan əməkdaşının verdiyi məlumata görə, kənd üzrə ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. 

Qeyd edək ki,  artıq Suqovuşana köçün 4-cü mərhələsi həyata keçirilib. Bu mərhələ də daxil olmaqla, Suqovuşana 180 ailənin köçürülməsi tam yekunlaşıb. 

11:49

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində bu gün Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.

"Sizinxeber.az"un Qarabağ bürosunun Ağdərəyə ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə kəndə 54 ailə (179 nəfər) köçürülür.

Suqovuşan kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, Suqovuşan kəndinə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. Köçün ilkin mərhələsində kəndə 20 ailə köçürülüb. Bu, kəndə köçün 4-cü mərhələsidir. İlk olaraq 20 ailənin köçdüyü Suqovuşan kəndinə aprelin 5-də 53, aprelin 7-də 53, aprelin 9-da isə 54 ailə köçürülür. Bununla da Suqovuşana köçürülən ailələrin sayı 180-ə çatdırılıb.

Bizimlə əlaqə saxlayın

×
×