VII ADA Siyasi Forumunun iştirakçılarının Xankəndiyə səfəri başlayıb - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
apr
2025
11:00
0
0
1 853
ff

VII ADA Siyasi Forumunun iştirakçılarının Xankəndiyə səfəri başlayıb - YENİLƏNİB

08 apr, 2025
11:00
1 853

VII ADA Siyasi Forumunun iştirakçılarının Xankəndiyə səfəri başlayıb - YENİLƏNİB

Bu gün Qarabağ Universitetində keçiriləcək “Yeni dünya nizamına doğru” mövzusuna həsr olunmuş VII ADA Siyasi Forumunun iştirakçılarının Xankəndiyə səfəri başlayıb.

Bu barədə “Sizinxeber.az”un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir.

Qeyd edək ki, forum ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək. Tədbirdə Yaponiya, ABŞ, Birləşmiş Krallıq, Çin, Hindistan, İtaliya, Almaniya, İspaniya, Türkiyə, Rusiya, Qazaxıstan, İordaniya Haşimilər Krallığı və digər ölkələrdən olan ekspertlər, beyin mərkəzlərinin nümayəndələri iştirak edəcəklər.

08:56

Bu gün Xankəndidə keçiriləcək “Yeni dünya nizamına doğru” mövzusunda VII ADA Siyasi Forumunun iştirakçıları Füzuli Beynəlxalq Hava Limanına gəliblər.

“Sizinxeber.az” xəbər verir ki, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbir Qarabağ Universitetində baş tutacaq.

Qeyd edək ki, Forumda Yaponiya, ABŞ, Birləşmiş Krallıq, Çin, Hindistan, İtaliya, Almaniya, İspaniya, Türkiyə, Rusiya, Qazaxıstan, İordaniya Haşimilər Krallığı və digər ölkələrdən olan ekspertlər, beyin mərkəzlərinin nümayəndələri iştirak edəcəklər.

Foto: Vüqar Xanlarov

Bizimlə əlaqə saxlayın

×
×