Suqovuşan kəndinə yola salınan növbəti köç karvanı çatıb - YENİLƏNİB
Suqovuşan kəndinə yola salınan növbəti köç karvanı çatıb - YENİLƏNİB
Tərtər rayonundan Suqovuşan kəndinə yola salınan növbəti köç karvanı çatıb.
"Sizinxeber.az"un Qarabağ bürosunun Ağdərəyə ezam olunan əməkdaşının verdiyi məlumata görə, sakinlərə daimi yaşamaları üçün məntəqədə fərdi evlər verilib.
Qeyd edək ki, Suqovuşan kəndinə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. Köçün ilkin mərhələsində 20 ailə köçürülüb. Bu mərhələdən sonra Suqovuşana köçürülən ailələrin sayı 73-ə çatdırılıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Plana uyğun olaraq, bu gün Ağdərə rayonunin Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.
"Sizinxeber.az"un Qarabağ bürosunun Ağdərəyə ezam olunan əməkdaşının verdiyi məlumata görə, bu mərhələdə kəndə 53 ailə - 174 nəfər köçürülür.
Suqovuşan kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.
