DMX sağlamlıq imkanları məhdud şəxslərə yaşamaq üçün icazə vəsiqələri təqdim edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
02 
apr
2025
13:00
0
0
1 101
ff

DMX sağlamlıq imkanları məhdud şəxslərə yaşamaq üçün icazə vəsiqələri təqdim edib

02 apr, 2025
13:00
1 101

DMX sağlamlıq imkanları məhdud şəxslərə yaşamaq üçün icazə vəsiqələri təqdim edib

Dövlət Miqrasiya Xidmətinin (DMX) regional idarələri Bakının kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə səyyar xidmətlər göstərib.

Bu barədə "Report"a DMX-dən məlumat verilib.

Bildirilib ki, səyyar xidmətlər çərçivəsində İsmayıllı, Ağsu, Naxçıvan, Şərur, Cəlilabad, Astara, Gəncə, Samux, Tərtər, Mingəçevir, Goranboy, Ağdaş, Xaçmaz, Şabran, Salyan və Neftçalada yaşayan sağlamlıq imkanları məhdud şəxslərə yaşadıqları ünvanlarda müvafiq yaşamaq üçün icazə vəsiqələri təqdim edilib.

Eyni zamanda vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi və müvəqqəti yaşamaq üçün icazələrinin alınması ilə bağlı tələb olunan sənədlər qəbul edilib.

Bizimlə əlaqə saxlayın

×
×