BMT rəsmisi Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib
BMT rəsmisi Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva xalqımızı Ramazan bayramı münasibətilə təbrik edib.
"Sizinxeber.az" xəbər verir ki, Vladanka Andreyeva bu barədə "X"dəki hesabında yazıb.
“Sizə və ailənizə sülh, sevinc və yeni ümidlər arzulayıram. Gəlin hamı üçün daha inklüziv, ədalətli və davamlı gələcək qurmaq üçün birlikdə işləməyə və həmrəylik nümayiş etdirməyə davam edək.
Ramazan bayramınız mübarək!”, - BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi qeyd edib.
— Vladanka Andreeva (@Vladanka_A)
On behalf of wishing you and your families peace, joy and renewed hope.
Let us continue working together in solidarity to build a more inclusive, just, and sustainable future for all.
Ramazan Bayramınız Mübarək !
