İqtisadi Şuranın növbəti iclasında aqrar sığorta sisteminin inkişafı ilə bağlı Fəaliyyət Planı müzakirə edilib
İqtisadi Şuranın növbəti iclası keçirilib.
"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Qeyd olunub ki, İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində aqrar sığorta sisteminin təkmilləşdirilməsi və yeni konsepsiyanın müəyyən edilməsi üzrə yaradılmış İşçi qrup tərəfindən hazırlanan “Aqrar sığorta sisteminin inkişafı ilə bağlı Fəaliyyət Planı”, makroiqtisadi və maliyyə sabitliyi sahəsində cari vəziyyət və siyasət istiqamətləri, o cümlədən 2024-cü ildə pul siyasətinin əsas nəticələri, bank və sığorta sektoru üzrə əsas göstəricilər və inkişaf trendləri, habelə “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair 2024-cü ilin Hesabatı və digər cari məsələlər geniş müzakirə olunub.
Gündəlikdə olan məsələlər üzrə Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümovun, Mərkəzi Bankın sədri Taleh Kazımovun və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının məruzələri dinlənilib.
İclasda iştirak edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar sığorta sistemi ilə bağlı çıxış edib.
Təqdim olunan məsələlərə dair İqtisadi Şura üzvləri tərəfindən ətraflı müzakirələr aparılıb.
İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Oxşar xəbərlər
İqtisadi Şuranın iclası keçirilib, aqrar sığorta sisteminə dair müzakirə aparılıb
İqtisadi Şurada 2025-ci ilin dövlət və icmal büdcələrinin layihələri müzakirə edilib
ASA: Bu il sığorta bazarı 10 %-dən çox böyüyəcək
Aqrar Sığorta Fondu 11 aylıq nəticələri açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
UNDP rəsmisi: "Dayanıqlı mənzil layihələrinə daha çox investisiya yönəldilməlidir"
-
İdrissa Di: IDB və UN-Habitat dayanıqlı şəhərlər üçün təbiətyönümlü həllər irəli sürür
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Azərbaycanda tekstil avadanlıqları sahəsində yeni dövlət standartları qəbul edilib
-
Prezidentin xüsusi nümayəndəsi: Xankəndidə 24 minə yaxın əhali yaşayır
