Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı həbs edilib
sizinxeber.az xəbər saytı

Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı həbs edilib


Dövlət Turizm Agentliyinin (DTA) istintaqa cəlb olunmuş əməkdaşlarından birinin kimliyi məlum olub.

"Sizinxeber.az" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti martın 4-də DTA Aparatının əməkdaşı Nicat Hüseynovu şübhəli şəxs kimi tutub və məhkəmə qarşısına çıxarılaraq Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

O, xidməti fəaliyyət zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunur.

Daha əvvəl qeyd edildiyi kimi, Azərbaycan Prezidentinin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib. 

Agentliyin bir sıra vəzifəli şəxsləri, o cümlədən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifələrindən uzaqlaşdırılıb.

Oxşar xəbərlər

DTX Dövlət Turizm Agentliyinin əməkdaşını həbs edib
Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib
Prezident Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə şiddətli töhmət verib
Dövlət Turizm Agentliyinin işçilərinin sayı artırılıb
Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeli qurumların sayı artırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle