sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azad olunmuş ərazilərdə 2021-ci ildən indiyədək 23 kütləvi məzarlıq aşkarlanıb
Azad olunmuş ərazilərdə 2021-ci ilin fevral ayından etibarən aparılan qazıntı işləri nəticəsində 23 kütləvi məzarlıq müəyyən edilib.
"Report" xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən təşkil olunan itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatında qeyd olunub.
Onun sözlərinə görə, bu məzarlıqlardan ümumilikdə 187 nəfərin meyit qalıqları aşkarlanaraq istintaqa təhvil verilib:
"Ötən dövr ərzində ailələrdən bioloji nümunələrin götürülməsi davam etdirilib, DNT profilləri çıxarılıb. Həmin məzarlıqlarda itkin düşmüş azərbaycanlılara aid olan insan qalıqları aşkarlanıb".
Oxşar xəbərlər
Bu günədək azad olunan ərazilərdə 18 kütləvi məzarlıq aşkarlanıb, 169 şəxsin meyit qalıqları ekshumasiya edilib - RƏSMİ
Ötən ay Ağdərədə Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid sümük qalıqları aşkarlanıb
Dövlət Komissiyası: Azad edilən ərazilərdə 16 kütləvi məzarlıq müəyyən edilib
700-ə yaxın itkin düşmüş şəxsə aid meyit qalığı aşkarlanıb, 165-i ailələrinə təhvil verilib
Xocalıda itkin düşmüş şəxslərə aid ehtimal edilən məzar yerlərində qazıntı və ekshumasiya işləri aparılacaq - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













