Ombudsman: Qaçqın həyatı yaşamış azərbaycanlıların hüquqlarının bərpası üçün geniş işlər görülüb
sizinxeber.az xəbər saytı

Ombudsman: Qaçqın həyatı yaşamış azərbaycanlıların hüquqlarının bərpası üçün geniş işlər görülüb


Azərbaycanlılara qarşı Ermənistanın uzun illərdir həyata keçirdiyi etnik təmizləmə və nifrət siyasəti nəticəsində yüz minlərlə insanın pozulmuş hüquqlarının bərpası beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmət baxımından böyük önəm daşıyır.

"Report" xəbər verir ki, bunu Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Milli Məclisin bugünkü plenar iclasında 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzənin təqdimatı zamanı deyib.

Ombudsman qeyd edib ki, müxtəlif vaxtlarda əzəli torpaqlarından zorla qovularaq qaçqın həyatı yaşamağa məcbur olmuş azərbaycanlıların pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində Ombudsman tərəfindən geniş fəaliyyət həyata keçirilib, müvafiq beynəlxalq təşkilatlar qarşısında bu məsələ davamlı olaraq qaldırılıb:

"Ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra Ermənistanın insan hüquqlarına ciddi təhdid yaradan mina terroru haqqında məlumat Ombudsman tərəfindən il ərzində dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb, bəzi beynəlxalq təşkilatların həmin çağırışlara laqeyd münasibəti ölkəmizə qarşı ikili standartların açıq təzahürü kimi qiymətləndirilib".

Oxşar xəbərlər

Ombudsman: Prezidentin insan hüquqlarının müdafiəsi ilə bağlı tövsiyələri fəaliyyətimizin əsas prioritet istiqamətləri olacaq
Ombudsman Beynəlxalq Ədalət Məhkəməsinin qərarını ədalətin bərpasında mühüm addım kimi qiymətləndirib
Ombudsman ABŞ Konqresinin Azərbaycana qarşı qərəzli yanaşmalarını qətiyyətlə pisləyib
Ombudsman: Ermənistanın etnik təmizləmə siyasəti ilə azərbaycanlıların fundamental azadlıqları pozulub
Ombudsman: 300 minə yaxın azərbaycanlının indiki Ermənistandan qovulması pislənilməlidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle