Siyasi partiyaların nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə növbəti səfəri təşkil olunub
sizinxeber.az xəbər saytı

Siyasi partiyaların nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə növbəti səfəri təşkil olunub


24 siyasi partiya nümayəndəsi ilə səfər

Bu gün Azərbaycan Prezident Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri, politoloqlar, bir neçə baş redaktor və jurnalistin Xankəndi, Xocalı və Əsgəran rayonlarına səfəri təşkil olunub.

Sizinxeber.az-nın xəbərinə görə, səfərdə Azərbaycanda fəaliyyət göstərən 24 siyasi partiyanın nümayəndəsi iştirak edib.

Əsgəran, Xocalı və Xankəndində

Səfər iştirakçıları Əsgəran qala-kompleksi, daha sonra Xocalı Soyqırımı Memorialında aparılan işlərlə tanış olublar.

Onlar daha sonra Xocalının Ballıca kəndində və Xankəndi şəhərində olublar.


Partiyaların Xankəndində toplanması əlamətdar hadisədir

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı təşviq olunan həmrəylik mühitinin strateji əhəmiyyətli olduğunu vurğulayıb.
"Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Xankəndi şəhərində Zəfər meydanında ölkənin bütün əsas siyasi partiyalarının bir yerdə toplanması da Azərbaycanın siyasi tarixində əlamətdar hadisə kimi dəyərləndirilməlidir" deyə, Ədalət Vəliyev bildirib: "Müharibə dövründə olduğu kimi hər zaman vətənpərvər qüvvələri birləşdirən əsas amil milli maraqlar və dövlətçilik mövqeyidir".

Əvvəlki səfərlər...

Sayca 5-ci olan bu səfərdən əvvəl də siyasi partiya rəhbərləri üçün işğaldan azad olunmuş ərazilərə birgə səfərlər təşkil olunub.
Bu cür səfərlər iki dəfə Şuşaya, Ağdama və Zəngilana təşkil olunub.

Şuşaya səfərlərin birində partiya sədrləri Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə 2022-ci il iyunun 15-də Şuşa şəhərində keçirilmiş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı beynəlxalq konfransda iştirak ediblər.

Oxşar xəbərlər

Siyasi partiya nümayəndələri, politoloq və digər ekspertlər azad olunan ərazilərə səfərə gediblər
Siyasi partiya nümayəndələri, politoloq və digər ekspertlər azad olunan ərazilərdə olub - YENİLƏNİB
Prezident İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış olub - YENİLƏNİB
Mart ayında Prezident Administrasiyasının vətəndaş qəbulu cədvəli açıqlanıb
Balllıca kəndində 137 ev bərpa olunub, 60-a yaxın ev isə bərpa edilir - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle