Siyasi partiya nümayəndələri, politoloq və digər ekspertlər azad olunan ərazilərdə olub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Siyasi partiya nümayəndələri, politoloq və digər ekspertlər azad olunan ərazilərdə olub - YENİLƏNİB


Azərbaycanda fəaliyyət göstərən siyasi partiya nümayəndələri, politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər Xankəndi, Xocalı və Əsgəranda olublar.

"Sizinxeber.az" xəbər verir ki, səfər iştirakçıları əvvəlcə Əsgəran qala-kompleksi ilə tanış olub, kompleks haqqında geniş məlumat əldə ediblər.

İştirakçılar səfər çərçivəsində müxtəlif məkanlarla yanaşı, Xocalı şəhərində inşa edilən Xocalı Soyqırımı Memorialında aparılan işlərlə yaxından tanış olublar.

Səfər iştirakçıları həmçinin Xocalının Ballıca kəndində tikilən fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülmüş işlərlə tanış olmaq imkanını əldə ediblər.

Daha sonra səfər iştirakçıları Xankəndi şəhərində 2023-cü il noyabrın 8-də Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildiyi Zəfər meydanını ziyarət ediblər.

Səfər zamanı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ötən dövr ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı surətdə təşviq olunan həmrəylik mühitinin strateji əhəmiyyəti və mövcud istiqamətdə görülmüş işlər haqqında məlumat verib.

O qeyd edib ki, Xankəndi şəhərində Zəfər meydanında ölkənin bütün əsas siyasi partiyalarının bir yerdə toplanması da Azərbaycanın siyasi tarixində əlamətdar hadisə kimi dəyərləndirilməlidir:

"Müharibə dövründə olduğu kimi hər zaman vətənpərvər qüvvələri birləşdirən əsas amil milli maraqlar və dövlətçilik mövqeyidir".

10.09

Azərbaycanda fəaliyyət göstərən siyasi partiya nümayəndələri, politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər növbəti birgə səfər çərçivəsində Prezident Administrasiyasının təşkilatçılığı ilə Xankəndi, Əsgəran və Xocalıya yola düşüblər.

"Sizinxeber.az" xəbər verir ki, səfərdə Xankəndinin görməli yerlərinin, Əsgəran qalasının və Xocalının ziyarət olunması nəzərdə tutulur.

Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi münasibətlər müstəvisində təşviq olunan sağlam siyasi dialoq mühiti çərçivəsində təşkil olunan bu səfər sayca beşincidir. Bundan öncə ölkə siyasilərinin birgə səfərləri Ağdam, Şuşa (2 dəfə) və Zəngilana təşkil olunub. Partiya rəhbərlərinin və politoloqların ilk birgə səfəri 2021-ci ilin martın 17-də Ağdam şəhərinə, ikinci birgə səfəri 2021-ci il oktyabrın 7-də Şuşa şəhərinə təşkil edilib.

Növbəti səfər çərçivəsində siyasilər Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə 2022-ci ilin iyunun 15-də Şuşa şəhərində keçirilmiş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı beynəlxalq konfransda iştirak ediblər. 2022-ci il iyunun 24-də gerçəkləşmiş dördüncü birgə səfərin ünvanı Zəngilan olub.

Oxşar xəbərlər

Siyasi partiya nümayəndələri, politoloq və digər ekspertlər azad olunan ərazilərə səfərə gediblər
Prezident Xocalının Ballıca kəndində görülən işlərlə tanış olub, bir qrup sakinlə görüşüb
İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış olub
İtkin düşmüş hesab edilən şəxslərin ailə üzvləri Ağdam, Xocalı, Xankəndi və Şuşada olublar
Prezident İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle