Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı çatıb, açarlar təqdim edilib - YENİLƏNİB-2 » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
mar
2025
14:00
0
0
1 081
ff

Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı çatıb, açarlar təqdim edilib - YENİLƏNİB-2

06 mar, 2025
14:00
1 081

Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı çatıb, açarlar təqdim edilib - YENİLƏNİB-2

Ağdərə rayonunun Həsənriz kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.

“Sizinxeber.az”un Qarabağ bürosunun məlumatına görə, kəndə bu gün köçən ailələrə mənzillərin açarlarının təqdim olunması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçiləri iştirak ediblər.

Bununla da Həsənriz kəndinə köçürülən ailələrin sayı 50-yə (166 nəfər) çatıb.

13:20

Ağdərə rayonunun Həsənriz kəndinə yola salınan növbəti köç karvanı artıq kəndə çatıb.

"Sizinxeber.az"un Qarabağ bürosunun məlumatına görə, Həsənriz kəndinə bu gün yola salınan köç karvanı 25 ailədən (75 nəfər) ibarətdir.

Bununla da Həsənrizə köçürülən ailələrin sayı 50-yə (166 nəfər) çatıb.

11:09

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç yola düşüb.

"Sizinxeber.az"un Qarabağ bürosunun məlumatına görə, Həsənriz kəndinə bu gün yola salınan köç karvanı 25 ailədən (75 nəfər) ibarətdir.

Doğma yurdlarına köçürülən Həsənriz sakinləri ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, Həsənriz kəndinə martın 3-də 91 nəfərdən ibarət 25 ailə köçürülmüşdü. Bu mərhələ də daxil olmaqla, Həsənrizə köçürülən ailələrin sayı 50-yə (166 nəfər) çatıb.

Bizimlə əlaqə saxlayın

×
×