Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
mar
2025
13:30
0
0
1 266
ff

Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb - YENİLƏNİB

06 mar, 2025
13:30
1 266

Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb - YENİLƏNİB

Ağdərə rayonunun Həsənriz kəndinə yola salınan növbəti köç karvanı artıq kəndə çatıb.

"Sizinxeber.az"un Qarabağ bürosunun məlumatına görə, Həsənriz kəndinə bu gün yola salınan köç karvanı 25 ailədən (75 nəfər) ibarətdir.

Bununla da Həsənrizə köçürülən ailələrin sayı 50-yə (166 nəfər) çatdırılıb.

11:09

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç yola düşüb.

"Sizinxeber.az"un Qarabağ bürosunun məlumatına görə, Həsənriz kəndinə bu gün yola salınan köç karvanı 25 ailədən (75 nəfər) ibarətdir.

Doğma yurdlarına köçürülən Həsənriz sakinləri ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, Həsənriz kəndinə martın 3-də 91 nəfərdən ibarət 25 ailə köçürülmüşdü. Bu mərhələ də daxil olmaqla, Həsənrizə köçürülən ailələrin sayı 50-yə (166 nəfər) çatdırılıb.

Bizimlə əlaqə saxlayın

×
×