Müasir dünyada müttəfiqlərsiz özünü və maraqlarını qorumaq mümkünsüzdür - RƏY
sizinxeber.az xəbər saytı

Müasir dünyada müttəfiqlərsiz özünü və maraqlarını qorumaq mümkünsüzdür - RƏY


Dünyada beynəlxalq hüquq, nizam işləmədiyinə görə ölkələrin, hətta çox güclü olsa belə təkbaşına özünü qorumaq, maraqlarını təmin etmək imkanları məhdudlaşıb. Bunu müttəfiqlərsiz etmək demək olar, mümkünsüzdür.

Bu fikri "Sizinxeber.az"a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili Azərbaycan-Türkiyə  əlaqələrinin inkişafının yeni mərhələsi, müasir dünyada və geosiyasi reallıqlar şəraitində Azərbaycan-Türkiyə qardaşlığının və müttəfiqliyinin əhəmiyyətini şərh edərkən deyib.

O qeyd edib ki, dünyada sürətlə parçalanma, çoxqütblülüyün yaranması prossesi gedir:

"Hazırda bir-birinə yaxın olan, maraqları üst-üstə düşən ölkələlərin bloklaşması prosesi gedir. Belə bir şəraitdə Azərbaycan-Türkiyə münasibətləri, qardaşlığı dünyada unikaldır, bütün müttəfiqlik münasibətlərindən çox irəli getmiş bir birlikdir. Biz bunu həm Azərbaycanın Türkiyəyə dəstəyində, həm də Türkiyənin Azərbaycana dəstəyində aşkar görürük. İki xalqın qardaşlığı, prezidentlər - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qardaşlığı dünyada bu birliyi sarsılmaz edir".

Tahir Mirkişili
Tahir Mirkişili

Deputat vurğulayıb ki, yeni dünya nizamında sözü və yeri ola biləcək birliklərdən biri də Türk Dünyasıdır:

"Türk Dünyasının qlobal idarəetmədə, regional təhlükəsizliyin təmin edilməsində, iqtisadi əməkdaşlıqda layiqli yer tutmasında Azərbaycan-Türkiyə münasibətləri əhəmiyyətli rol oynayır. Bu, həm də bizim milli maraqlarımızın güclü şəkildə təmin olunması üçün vacib bir formatdır.

Hesab edirəm ki, hər keçən gün, yeni-yeni layihələrlə Türk Dünyası daha da güclənəcək, bu coğrafiyada ədalətin, iqtisadi inkişafın, sülhün təmin olunmasında mühüm rol oynayacaqdır".

Oxşar xəbərlər

Fəxrəddin Altun: Türkiyə dünyada sülhün və sabitliyin təmin olunmasına çalışır
Türkiyəli nazir: Dünyada ədalətli beynəlxalq sistem qurulmalıdır
Türkiyə XİN: Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur
İbrahim Kalın: Dünyada ikiqütblülük çoxqütblülüklə əvəzlənir
Nazir: Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək istəyənlər var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər