Biləsuvarda pambıq yığımında son 40 ilin ən yüksək məhsuldarlığı qeydə alınıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
fev
2025
20:30
0
0
1 657
ff

Biləsuvarda pambıq yığımında son 40 ilin ən yüksək məhsuldarlığı qeydə alınıb

19 fev, 2025
20:30
1 657

Biləsuvarda pambıq yığımında son 40 ilin ən yüksək məhsuldarlığı qeydə alınıb

Biləsuvar rayonunda 2024-cü ildə 6 min 915,8 hektar sahədə pambıq məhsulu əkilib.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, sahələrdən 24 min 776,98 ton pambıq məhsulu toplanıb.

Nəticədə rayon üzrə orta məhsuldarlıq 35,8 sentnerə çatıb. Bu məhsuldarlıq rayon üzrə son 40 ilin ən yüksək göstəricisidir.

Qeyd edək ki, 2023-cü ildə sahələrdən 18 min 538,98 ton məhsul əldə olunub və orta məhsuldarlıq hər hektara 27,5 sentner təşkil edib. Hazırda növbəti əkin üçün sahələrdə şum işləri aparılır.

Bizimlə əlaqə saxlayın

×
×