Cinayət-prosessual qanunvericilikdə mövcud olan boşluqlar müzakirə edilib
Vəkillər Kollegiyasının (ARVK) inzibati binasında ARVK-nın sədrinin iştirakı ilə cinayət-prosessual qanunvericiliklə bağlı yaradılan İşçi Qrupunun iclası keçirilib.
Bu barədə "Report"a ARVK-dan məlumat verilib.
Bildirilib ki, görüşdə çıxış edən Kollegiyanın sədri Anar Bağırov cinayət-prosessual qanunvericilikdə mövcud olan boşluqlar, bu boşluqların hüquq sisteminə və vəkillik fəaliyyətinə təsirlərindən danışıb.
Sonra görüşdə cinayət-prosessual qanunvericiliyə təkliflər, nəzərdə tutulan yeniliklərə bağlı İşçi Qrupunun üzvlərinin fikirləri işçi qaydada müzakirə olunub, vəkillərin bu proseslərdə rolu, eyni zamanda hüquqi müdafiə sisteminin təkmilləşdirilməsi imkanları dəyərləndirilib. Yekunda müzakirələrin genişləndirilməsi və davam etdirilməsi məqsədəmüvafiq hesab edilib.
Oxşar xəbərlər
Anar Bağırov vətəndaş qəbulu keçirib
Vəkillər Kollegiyasının rəhbərliyi işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüşüb
Anar Bağırov işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirib
Anar Bağırov Türkiyə Barolar Birliyinin sədrini təbrik edib
Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












