Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılıb


Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılıb.

"Report"un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Qeyd edək ki, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2025-ci il yanvarın 1-də bitib.

Yaxın 1 ildə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məhdudiyyət nəzərə alınmaqla aparılır. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir. Sahibkarlar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Oxşar xəbərlər

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti uzadılıb
"Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilib
Səhiyyə Nazirliyi qanunsuz yoxlama və dezinfeksiya işləri aparan şəxslərə xəbərdarlıq edib
Qarabağ və Şərqi Zəngəzurda aqrar torpaqlar investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər