Ermənilərin qanunsuz iqtisadi fəaliyyətləri nəticəsində Azərbaycana 21 milyarda yaxın maddi ziyan vurulub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
fev
2025
22:13
0
0
1 276
ff

Ermənilərin qanunsuz iqtisadi fəaliyyətləri nəticəsində Azərbaycana 21 milyarda yaxın maddi ziyan vurulub

14 fev, 2025
22:13
1 276

Ermənilərin qanunsuz iqtisadi fəaliyyətləri nəticəsində Azərbaycana 21 milyarda yaxın maddi ziyan vurulub

1992-2023-cü illər ərzində ermənilərin qanunsuz iqtisadi fəaliyyətləri nəticəsində Azərbaycana 20.9 milyard manatdan artıq maddi ziyan vurulub.

Sizinxeber.az xəbər verir ki, bu haqda hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslər barəsindəki cinayət işi üzrə ittiham aktında qeyd olunub

Qeyd olunub ki, Azərbaycan Respublikasına məxsus olmuş sərvətlərin qanunsuz istismar edilməsi hesabına əldə edilən gəlirlər də daxil olmaqla ümumilikdə kənd təsərrüfatı, mineral xammal hasilatı, enerji (hidroenerji) istehsalı, pərakəndə ticarət, ictimai iaşə dövriyyəsinin həcmi, sənaye məhsulunun və digər fəaliyyət sahələri, habelə “Frank Müller Group” şirkətinin qanunsuz fəaliyyəti, qanunsuz balıq kürüsü istehsalı fəaliyyəti və “Artsakhbank” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən aparılmış qanunsuz maliyyə əməliyyatları üzrə cəmi 20.9 milyard manatdan artıq maddi ziyan vurulmaqla əldə edilən qanunsuz gəlirlər terrorçuluğun maliyyələşdirilməsinə xərclənib.

Bizimlə əlaqə saxlayın

×
×