Bələdiyyə seçkilərində səsvermənin nəticələri ləğv edilən seçki məntəqələri açıqlanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
fev
2025
17:00
0
0
1 257
ff

Bələdiyyə seçkilərində səsvermənin nəticələri ləğv edilən seçki məntəqələri açıqlanıb

14 fev, 2025
17:00
1 257

Bələdiyyə seçkilərində səsvermənin nəticələri ləğv edilən seçki məntəqələri açıqlanıb

MSK tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq, 15 saylı Yasamal birinci seçki dairəsinin 9 saylı, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 8 saylı, 23 saylı Nəsimi – Səbail seçki dairəsinin 29 saylı, 80 saylı Lerik – Astara seçki dairəsinin 62 saylı, 81 saylı İmişli seçki dairəsinin 11 saylı, 86 saylı Ağcabədi seçki dairəsinin 30 saylı seçki məntəqəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən qanun pozuntuları aşkarlandığından səsvermənin nəticələri ləğv edilib.

Sizinxeber.az-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova bildirib.

Seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən qanun pozuntuları aşkarlandığından, MSK-nın qərarı ilə 78 saylı Lənkəran kənd seçki dairəsi üzrə Şürük və 117 saylı Oğuz – Qəbələ – Şəki seçki dairəsi üzrə Padar bələdiyyəsinə seçkilər etibarsız sayılıb.

Bizimlə əlaqə saxlayın

×
×