Məzahir Pənahov: Daxil olan 43 müraciətə baxmışıq, bələdiyyə seçkilərinə yekun vururuq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
fev
2025
16:50
ff

Məzahir Pənahov: Daxil olan 43 müraciətə baxmışıq, bələdiyyə seçkilərinə yekun vururuq

14 fev, 2025
16:50
896

Məzahir Pənahov: Daxil olan 43 müraciətə baxmışıq, bələdiyyə seçkilərinə yekun vururuq

Səsvermə günü seçicilərin səs verməsi üçün 5846 məntəqədə bütün şərait yaradılıb.

Sizinxeber.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, bütün məsələlərin öhdəsindən yüksək səviyyədə gəlinib: “Ümumilikdə, bizə 43 müraciət daxil olub. Ölkə üzrə poçt sistemiylə MSK-ya müraciət olub-olmadığını yoxlatdıq və bildirdilər ki, poçtlarda MSK-ya hər hansı müraciət yoxdur. 43 müraciətin hamısına baxmışıq, müraciət etmə müddəti də başa çatıb. Ona görə tam hüquqla seçkilərə yekun vururuq”.

Bizimlə əlaqə saxlayın

×
×